[b]665 gündən sonra: Fərqli “İnter”ə qarşı[/b]
01.10.2014 - 16:00
[b]665 gündən sonra: Fərqli “İnter”ə qarşı[/b]

Avrokuboklar tarixində ikinci dəfə Azərbaycan klubu İtaliyanın məşhur “Cüzeppe Meatsa” stadionuna çıxacaq. Apasport.az saytının məlumatına görə, 2012-ci il dekabrın 6-da “İnter”in qonağı olan “Neftçi”nin yolu ilə Avropa Liqasının qrupuna yüksələn “Qarabağ” da eyni rəqiblə görüşəcək.

 

665 gündən sonra “Neradzurra” ilə görüşən o vaxtkı Azərbaycan çempionu ilə indiki Azərbaycan çempionunu birləşdirən məqam var. Bu da Tərlan Quliyevdir. 2:2 hesablı heç-heçədə 90 dəqiqə meydanda olan müdafiəçi yenidən italiyalılara qarşı oynamaq imkanı əldə edib.

 

Lakin təmsilçimiz önünə çıxacaq İtaliya klubunun da eyni komanda deyil, iki fərqli heyət olduğunu zənn etmək mümkündür. Çünki 665 gün əvvəlki oyunun iştirakçılarından yalnız ikisi – Yuto Naqatomo və Conatan yenidən azərbaycanlılara qarşı oynayacaq. Onlar da əvvəlki matçda 90 dəqiqə oynamayıb. Sonuncu 63-cü dəqiqədə əvəzlənib. Yapon isə 53-cü dəqiqədə meydanı tərk edib.

 

Milandakı qarşılaşmada “Neftçi”nin qapısına qol vurduğu Vid Belek, kapitan Esteban Kambiasso, dubla imza atan Marlo Livaya, həmçinin Koutinyo, Marko Benassi, Valter Samuel, Simon Pasa, Alvaro Pereyra, Andrea Romano, Luka Qarritano, Andrea Bandini “İnter”in Avropa Liqası üçün iştirak ərizəsində deyil. 665 gün əvvəlki oyunun 14 iştirakçısından yalnız ikisinin çempionumuza qarşı ikinci dəfə oynamaq şansı qazanması rəqibin heyətini yeniləməsi anlamına gəlir.

 

2012-ci il oktyabrın 4-də Bakıda 3:1 hesabı ilə qalib gələn “İnter”in həmin matçda iştirak edən 14 oyunçusundan yarısı “Neradzurra”da yoxdu. Qalanlar isə qapıçı Samir Handanoviç, sahə oyunçuları Matias Silvestre, Freddi Quarin, Joel Obi, Juan, Andrea Ranokkia və Conatandır. Gedənlərdən isə Qabi Mudinqayi və valter Qarqano da həmin avxt Bakıda oynamışdı.

 

Bir sözlə, “Neftçi”yə qarşı iki oyunda ümumilikdə 22 futbolçu meydana çıxıb. Bu da 6 oyunçunun (Conatan, Livaya, Koutinyo, Qarritano, Kambiasso, Pereyra) hər iki matçda oynaması ilə bağlıdır. Həmin 22 futbolçudan yalnız 8-i yeə “İnter”in sıralarındadır.

 

Qeyd edək ki, həmin vaxt Milan təmsilçisinin baş məşqçisi olan Andrea Stramaççonini 2013-cü ilin mayında indiki çalışdırıcı Valter Matsarri əvəzləyib.

0