Futbolçularımız rəqiblərini tanıdı
01.10.2014 - 17:53
Futbolçularımız rəqiblərini tanıdı

Türkiyə kubokunda 3-cü mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə çıxış edən Azərbaycan millisinin sabiq futbolçuların da komandalarının rəqibləri bəlli olub.

 

Branimir Subaşiçin oynadığı “Manisaspor” “Zonquldak Kömürspor”la qarşılaşacaq. Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” isə “BalçovaYaşamspor”a rəqib olub. Ayaz Mehdiyevin heyətində olduğu “Girəsunspor” isə “Bayrampaşa” ilə münasibətlərini aydınlaşdıracaq. Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu”nun rəqibi isə “Ofspor” olmalıdır.

0