[b]“Neftçi”nin necə oynadığına jurnalistlər və azarkeşlər qiymət verəcək”[/b]
02.10.2014 - 14:49
[b]“Neftçi”nin necə oynadığına jurnalistlər və azarkeşlər qiymət verəcək”[/b]

“Neftçi”də olan dəyişikliklər haqqında danışmaq istəmirəm. Çünki komandanın içində deyiləm və heç nə deyə bilmərəm”. Bu sözləri apasport.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

O, paytaxt klubundakı dəyişikliklər haqqında danışarkən baş verənlərə münasibət bildirmək istəməyib: “Mən heç vaxt keçmiş komandam haqqında danışmaram. Siz qiymət verəcəksiniz ki, komanda güclənib və ya zəifləyib. Biz orda olanda bu komandaya cavabdeh idik. Amma indi yox. Çünki yeni baş məşqçiləri var. Onun oynatdığı komandaya jurnalistlər və azarkeşlər qiymət verəcək. Eşitdim ki, yeni vitse-prezident də gəlib. Ona da yeni işində uğurlar arzu edirəm. Ümid edirəm ki, “Neftçi” uğur qazana biləcək”.

0