İtaliya – Azərbaycan oyununa pulsuz bilet
02.10.2014 - 15:53
İtaliya – Azərbaycan oyununa pulsuz bilet

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - Azərbaycan oyununu izləmək istəyən azarkeşlər pulsuz bilet əldə edə bilər. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da Palermo şəhərindəki “Renzo Barbero” stadionunda baş tutacaq qarşılaşmaya AFFA-nın xətti ilə pulsuz bilet əldə etmək mümkün olacaq.

 

Assosiasiya millimizin xarici ölkələrdəki azarkeşləri üçün belə imkan yaradıb. Yığmamızı dəstəkləmək istəyənlər bunun üçün oktyabrın 7-dək quruma müraciət etməlidir.

 

Mənbə: affa.az

0