Türkiyə Superliqasında VI tura yekun vuruldu
21.10.2014 - 08:42
Türkiyə Superliqasında VI tura  yekun vuruldu

Türkiyə Superliqasında VI turun son qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, son oyun günüdə azarkeşlər 2 görüşə şahidlik edib.

 

Bu matçların ikisi də heç-heçə ilə başa çatıb. Son 5 pillədə qərarlaşan autsayderlər sırasında yer alan “Ərciyəsspor”, “Rizəspor” və “Balıkesirspor” hərəyə 1 xal əldə edib. “Gənclərbirliyi”  isə autsayderlə ev oyununda 2 xal itirib.

 

Xatırladaq ki, turun ilk iki günündə 8 görüş baş tutmuşdu. “Konyaspor” evə “Başakşəhər”lə qolsuz bərabərliyə qalıb. “Qaziantepspor” isə “Karabükspor”u minimal hesabla məğlub edib – 1:0.

 

Turun mərkəzi oyunu İstanbulda baş tutub. Burada iki əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gəlib. Fasiləyə qədər hesabı aça bilməyən komandalar ikinci yarıda fərqlənməyi bacarıblar.

 

88 dəqiqədə Uesli Sneyder “Cim-Bom”u hesabda önə çıxarıb. 3 dəqiqədən sonra Hollandiya millisinin üzvü fərqi 2 topa çatdırıb. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Alpər Potuk “Fənər”in matçda təsəlliverici qolunu vurub.

 

Bununla da “Qalatasaray” İstanbul derbisindən qalib ayrılıb - 2:1.

 

“Beşiktaş” evdə “Sivasspor”la üz-üzə gəlib. Bol qollu oyunda “qara qartallar” 3:2 hesabı ilə qələbəyə sevinib və turnir cədvəlində yenidən zirvəni ələ keçirib. “Akhisar” isə “Kasımpaşa”dan üstün olub – 2:0.

  

Türkiyə Superliqası

VI tur

18 oktyabr

“Konyaspor” – "Başakşəhər” - 0:0

 

“Qaziantepspor” – “Karabükspor” - 1:0

Qol: Çiko, 29

 

“Qalatasaray” – “Fənərbaxça” - 2:1

Qollar: Sneyder, 88; 90+1 - Alpər, 90+5

 

19 oktyabr

“Bursaspor” – “Əskişəhərspor” - 2:2

Qollar: Bakambu, 32; 53 - Güçer, 80, Funes, 85

 

“Trabzonspor” – “Mersin İdmanyurdu” - 3:1

Qollar: Belkalem, 54, Medyani, 79, Kardoza, 86 - Delibalta, 71

 

“Beşiktaş” – “Sivasspor” - 3:2

Qollar: Demba Ba, 58; 65, Şahan, 79 - da Kosta, 40, Arslan, 74

 

“Akhisar” – “Kasımpaşa” - 2:0

Qollar: Dəmirok, 54-pen, Gekas, 70

 

20 oktyabr

“Gənclərbirliyi” – “Ərciyəsspor” – 0:0

“Rizəspor”- “Balıkesirspor” – 2:2

Qollar: Kaçar, 37, Holoşko, 89 – Santos, 16, Cebbi, 56

 

 

1.

Beşiktaş

6

4

2

0

8:4

14

2.

Qalatasaray

6

4

1

1

8:5

13

3.

Akhisar

6

4

1

1

10:8

13

4.

Mersin İdmanyurdu

6

3

1

2

9:7

10

5.

Fənərbaxça

6

3

1

2

7:7

10

6.

Kasımpaşa

6

2

3

1

10:9

9

7.

Başakşəhir

6

1

5

0

6:2

8

8.

Qaziantepspor

6

2

2

2

7:8

8

9.

Gənçlərbirliyi

6

2

2

2

7:5

8

10.

Trabzonspor

6

1

4

1

5:6

7

11.

Bursaspor

6

2

1

3

6:8

7

12.

Əskişəhərspor

6

1

3

2

6:8

6

13.

Konyaspor

6

1

3

2

5:5

6

14.

Rizəspor

6

1

3

2

6:8

6

15.

Sivasspor

6

1

2

3

7:9

5

16.

Balikəsirspor

6

1

1

4

6:10

4

17.

Karabükspor

6

1

1

4

6:8

4

18.

Ərciyəsspor

6

0

4

2

5:7

4

 

0