Hücumçumuz 13 dəqiqə forma geyindi
19.10.2014 - 21:42
Hücumçumuz 13 dəqiqə forma geyindi

Dünən Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Saarbrükken" səfərdə "Hessen"lə qarşılaşıb.

 

Matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb. Komandasının uduzduğu oyunda Rüfət də iştirak edib. O, 77-ci dəqiqədə meydana çıxıb. Dadaşov Matt Tayloru əvəzləyib.

 

Qeyd edək ki, "Saarbrükken" 14 turda 30 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

0