[b]Kapitandan “Qarabağ”a xəbərdarlıq![/b]
20.10.2014 - 11:59
[b]Kapitandan “Qarabağ”a xəbərdarlıq![/b]

“Bizim üçün hansı oyuna çıxmağın fərqi yoxdu”. Apasport.az saytının xəbərinə görə, bunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” klubunun kapitanı Ruslan Rotan deyib.

 

Oktyabrın 23-də Ağdam təmsilçisi ilə baş tutacaq görüşdən danışan Rotan bildirib ki, komandası meydana 3 xal üçün çıxacaq: “Həm Avroliqada, həm də Ukrayna çempionatında uğurlu çıxış etmək istəyirik. Bəlkə də baş məşqçimiz Miron Markeviç çempionata daha çox önəm verir. Amma mən fərqli düşüncədəyəm. Qarşıda “Qarabağ”la oyun var. Çempionat matçlarına necə ciddi çıxırıqsa, bu qarşılaşma da bizim üçün elə olacaq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq və qrupda ilk 3 xalımızı əldə edək”.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı Kiyevdə keçiriləcək.

0