3 milyonluq məşqçi AFFA-nın təklifinə “yox” dedi
20.10.2014 - 13:35
3 milyonluq məşqçi AFFA-nın təklifinə “yox” dedi

Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, Balkan yarımadasından olan həmkarlarımız AFFA-nın mütəxəssisə cəlbedici təklif göndərdiyini iddia edir.

 

AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə səfər oyunundakı 0:6 hesablı məğlubiyyətin ardından istefa verən Berti Foqtsa əvəzləyici axtaran assosiasiya Suşiçə 1 illik 3 milyon dollar maaş vəd edib. Bu rəqəm isə almaniyalının aldığından da çoxdu.

 

Lakin 58 yaşlı bosniyalı bu təkliflə razılaşmayıb.  Suşiç bunu pul haqda düşünməməyi və 5 ildi çalışdırdığı yığmanın inkişafını fikirləşməsi ilə izah edib.

 

Qeyd edək ki, millimiz yeni məşqçi tapılana qədər Mahmud Qurbanova tapşırılıb.

 

0