26 il əvvəl "Neftçi", indi "Qarabağ"
20.10.2014 - 17:50
26 il əvvəl "Neftçi", indi "Qarabağ"

Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Dnepr” klubu SSRİ çempionatlarından Azərbaycan futbolçularına tanışdır. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk təmsilçisi Azərbaycanın güclülər dəstəsindəki komandası “Neftçi” ilə 22 dəfə üz-üzə gəlib.

 

Çempionatda baş tutan qarşılaşmalarda ukraynalılar 13, “Neftçi” 4 qələbə qazanıb. 5 görüş isə heç-heçə nəticələnib. “Dnepr” 43, bakılılar isə 25 qol vurub.

 

Komandalar arasındKomandalar arasında son çempionat matçı 1988-ci ildə Bakıda keçirilib. 26 il əvvəlki son dueldə qalib müəyyənləşməyib – 2:2. “Dnepr” həmin il SSRİ çempionu adını qazanıb.

0