Con Toşakın ailəsində qalmaqal: Bu uşağın atası kimdi?
21.10.2014 - 12:51
Con Toşakın ailəsində qalmaqal: Bu uşağın atası kimdi?

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak və onun oğlu, ölkəmizə köməkçisi kimi gətirdiyi Aleksis Plazanın ailəsi qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, buna uelsli mütəxəssisin digər ögey övladı Meri səbəb olub.

 

İspaniyanın tanınmış modeli olan Meri yeni dünyaya gətirdiyi uşağının atası ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. O, oğlunun Çili millisinin futbolçusu Aleksis Sançesə məxsus olduğunu iddia edir. Çünki hazırda İngiltərə “Arsenal”ında forma geyinən hücumçu 2011/14-cü illərdə “Barselona”da oynadığı vaxt modellə sevgi macərası yaşayıb.

 

Vaxtilə “Barselona”nın prezidentliyinə namizədliyini verməsi ilə məşhurlaşan Plazanın bacısı artıq oğluna ad da tapıb. Vaxtından bir ay əvvəl doğulan körpəyə Mauro adı qoyulub. Lakin Sançes oğlu ilə bağlı xəbəri təsdiqləməyib.

 

Futbolçu Merinin aralarındakı münasibətləri açıqladığı vaxt da bunu təkzib etmişdi. Məsələnin necə aydınlaşacağı isə hələlik sual olaraq qalır.

 

Qeyd edək ki, Toşak və Plaza 2013-cü ildə ölkəmizdə çalışıb.

0