“Qarabağ”ın rəqibinin oyununun vaxtı dəyişdirildi
21.10.2014 - 14:26
“Qarabağ”ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukrayna “Dnepr”inin oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk təmsilçisinin ölkə kubokunun 1/8 final mərhələsindəki cavab matçı planlaşdırıldığından tez keçiriləcək.

 

“Volın”la qarşılaşma oktyabrın 27-də baş tutacaq. Bu görüşün öncədən ayın 30-da keçirilməsi planlaşdırılmışdı. Bu addımın rəsmi səbəbi açıqlanmır.

 

Qeyd edək ki, “Volın” evdə keçirdiyi ilk matçda 1:0 hesabı ilə qalib gəlmişdi.

 

0