“Xəzər Lənkəran” Həsənzadəsiz məşqlərə başladı
21.10.2014 - 20:15
“Xəzər Lənkəran” Həsənzadəsiz məşqlərə başladı

Premyer Liqanın IX turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” bir günlük istirahətin ardından paytaxtda hazırlıqlara başlayıb. Apapsort.az saytının məlumatına görə, öncədən planlaşdırıldığı kimi bu gün saat 15:00-da Bakıda toplanan komanda saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.

 

“Bakı” ilə darmadağınlı oyunda çxış edən futbolçular qaçış və bərpa məşqi ilə kifayətləniblər. Qalan futbolçular isə adi qaydada hazırlaşıblar. Son görüşdə penaltini dəf edən qapıçı Cahangir Həsənzadə zədəli olduğundan komandadan ayrı düşüb. Bu arada isə zədəsini qismən sağaldan Rəşad Sadiqovla birgə əvəzedicinin beş üzvü də məşqə qatılıb.

 

Qeyd edək ki, ümumi məşq planına uyğun olaraq komanda “Qarabağ”la oyuna qədər üç gün ərzində Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək və yalnız oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda matçöncəsi son hazırlığını keçirəcək.

 

 

12cioyuncu.info 

0