[b]Rusiyalı qapıçı antirekordunu yenilədi[/b]
21.10.2014 - 23:40
[b]Rusiyalı qapıçı antirekordunu yenilədi[/b]

Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin qolkiperi qitənin ən möhtəbər klub turnirinin III turunda evdə “Mançester Siti” ilə görüşdə yenə qol buraxıb.

 

Belə ki, Akinfeyev ardıcıl 24-cü oyunda məyus olub. 2:2 hesabı ilə başa çatan matçda 28 yaşlı qolkiper əvvəlcə 29-cu dəqiqədə Serxio Aqueronun zərbəsinə üzülüb. Qoldan 9 dəqiqə sonra Ceyms Minler Akinfeyevi 2-ci dəfə cəzalandırıb.

 

Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə “Arsenal”la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 47-ci top olub.

 

Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusə məxsusdur. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb.

0