“Şaxtyor”dan iki rekord
22.10.2014 - 08:10
“Şaxtyor”dan iki rekord

Ukraynanın “Şaxtyor” klubu Çempionlar Liqasında iki rekord vurub. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi səfərdə Belarus BATE-sini 7:0 hesabı darmadağın edib.

 

Bununla da ukraynalılar yarışın tarixi ərzində səfərdə qazanılan ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Bunadək Fransa “Marsel”i belə nəticəyə imza atmışdı. Sonuncular Slovakiyada “Jilina”nın qapısına 7 cavabsız qol vurmuşdu. “Şaxtyor” həm də ilk 45 dəqiqədə 6 qol vuran ilk komanda kimi Çempionlar Liqasının tarixinə düşüb.

 

Qeyd edək ki, komandanın futbolçusu Luis Adriano da 1 rekorda imza atıb,  digərinə şərik olub. Legioner 1 hissədə 4 qol vuran ilk oyunçu, matçda penta-trik müəllifi olan 2-ci futbolçu olub.

 

 

0