“Azəryol”un sabiq kapitanı Polşa klubuna lazım olmadı
22.10.2014 - 16:56
“Azəryol”un sabiq kapitanı Polşa klubuna lazım olmadı

“Azəryol”un sabiq kapitanı Yuside Sillienin Polşa “İmpel”in keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı toppaylaşıcı son anda komandadan göndərilib.

 

Belə ki, danışıqlar müsbət yekunlaşsa da, “İmpel”in baş məşqçisi Tore Aleksandersen Silliedən imtina edib. O, buna səbəb kimi kubalı voleybolçunun lazımı formada olmamasını göstərib.

 

Nəticədə son 2 mövsümü Azərbaycanda oynayan Yuside Rusiyaya üz tutub və burada “Proton”la müqavilə imzalayıb.

 

Qeyd edək ki, yeni mövsümdə də Çempionlar Liqasında oynayacaq Bakı təmsilçisi daha öncə baş məşqçi Ancelo Vercesi ilə yanaşı, legionerlər - braziliyalı Fernanda İsis, italiyalı Çyara di Yulio, almaniyalı Marqareta Kozuxla Lisa Tomsen və dominikalı Anneris Varqasla vidalaşıb.

0