Əliyar Ağayev “Borussiya”nın yarımmüdafiəçisini cəzalandırdı
22.10.2014 - 18:45
Əliyar Ağayev “Borussiya”nın yarımmüdafiəçisini cəzalandırdı

Azərbaycanlı hakim Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubların gənclərdən ibarət komandaları arasında təşkil edilən turnirdə "Qalatasaray" və Dortmund "Borussiya"sı arasında kemirilən oyunu idarə edib. Apasport.az saytının məlumatına görə, görüşdə Türkiyə təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

 

Matçda FİFA referimizə Rza Məmmədovla Knyaz Əmiraslanov yardımçılıq edib.

 

Qeyd edək ki, beş qolun vurulduğu görüş ərzində Ağayev cəmi bir dəfə əlini cibinə atmalı olub. O, matçın 77-ci dəqiqəsində qonaqların yarımmüdafəçisi Stenzelini sarı vərəqə ilə cəzalandırıb.

0