“Bizim Kiyevdə “Qarabağ”la oyunamağımız çətin olacaq"
22.10.2014 - 20:01
“Bizim Kiyevdə “Qarabağ”la oyunamağımız çətin olacaq"

“Əlbəttə, bizim Kiyevdə “Qarabağ”la oyunamağımız çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in qapıçısı Yan Laştuvka deyib.

 

Sabah Ağdam təmsilçisi Ukraynanın Kiyev şəhərində qitənin ikinci dərəcəli klub turnirində “Dnepr”lə qarşılaşacaq.

 

Dnepropetrovsklıların qolkiperi oyunöncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirib: “Dnepropetrovskda çox gözəl azarkeş dəstəyi olur. Buurada da yaxşı stadion mövcuddur. Amma nə etməliyik. Meydana çıxıb və qalib gəlməyə lazımdır. Mənim sabah komandanın əsas heyətində yer almağımı dəqiq deyə bilmərəm. Hər şey mümkündür. Lakin bunu gözləmək olar. Hazırda isə məşqimiz var”.

0