“Legiya” “Metallist”ə qalib gəldi - YENİLƏNİB
22.10.2014 - 22:10
“Legiya” “Metallist”ə qalib gəldi - YENİLƏNİB

Bu gün Avropa Liqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günüdə bir qarşılaşma baş tutub.

 

L qrupunda mübarizə aparan Xarkov "Metallist"i dogma azarkeşləri önündə Varşavanın "Legiya" klubunu qonaq edib. Oyunun taleyini bir qol həll edib. Polşa təmsilçisinin futbolçusu Dudanın matçın 28-ci dəqiqəsində vurduğu qol "Legiya"ya 3 xal gətirib.

 

Qeyd edək ki, Avropa Liqasında III turunun digər oyunları sabah keçiriləcək.

 

Avropa Liqası

Qrup mərhələsi, III tur

22 oktyabr

"Metallist" (Ukrayna) - "Legiya" (Polşa) - 0:1

Qol: Duda, 28

0