Uğur Pamuk məşqlərə qoşuldu, Həsənzadə yenə qatılmadı
22.10.2014 - 23:05
Uğur Pamuk məşqlərə qoşuldu, Həsənzadə yenə qatılmadı

Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün  növbəti məşqini keçirib.

 

Hazırlıq prossesi Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda saat 15:30-da başlayıb. Zədədən əziyyət çəkən qapıçı Cahangir Həsənzadənin qatılmadığı, Uğur Pamukun isə fərdi qaydada çalışaraq, qismən qoşulduğu məşq saatyarım davam edib. Hazırlığın ardından komanda yoldaşları 26-yaşı tamam olan Alfred Sankonu doğum günü münasibəti ilə təbrik ediblər.

 

12cioyuncu.info 

0