BATE növbəti zərbəni UEFA-dan alacaq
22.10.2014 - 23:36
BATE növbəti zərbəni UEFA-dan alacaq

UEFA BATE-ni cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Şaxtyor”la oyunda azarkeşlərin irqçi ifadələri işlətməsi olub.

 

Artıq ali futbol qurumu bununla əlaqədar olaraq Belarus klubu barəsində intizam işini açıb. UEFA-nın nəzarət-intizam instansiyası bu işə noyabrın 13-də baxacaq.

 

Qeyd edək ki, oktyabrın 21-də Borisovda baş tutan oyunda Donetsk təmsilçisi 0:7 hesabı ilə qalib gəlib. Matçdan sonra qarşılaşmada penta-trikin müəllifi olan “mədən fəhlələri”nin braziliyalı hücumçusu Luis Adriano tribunalardan səsləndirilən irqçiliklə bağlı tənqidlərlə üzləşib. 

0