Millimiz 31 pillə gerilədi
23.10.2014 - 11:57
Millimiz 31 pillə gerilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrda baş tutan oyunlardan sonra açıqlanan siyahıda böyük dəyişikliklər olub. Buna səbəb yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakteri daşımasıdı.

 

Hesabat dövründə 2 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub.

 

AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandanız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib. Komandamız indi sıralamada 126-cı yerdədi. Lüksemburqla şərik olan millimiz Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

 

Ümumiyyətlə, komandamızın qərarlaşdığı 13-cü “onluq”da futbol ölkəsi sayılmayanların arasında qərarlaşıb. İki Avropa yığmasının əhatəsində 5 Afrika, 2 Asiya, 1 Şimali Amerika təmsilçisi də var.

 

Millimiz və “qonşuları”

121 (107). Niger – 258

122 (120). Kanada – 251

123 (126). Liberiya - 249

124 (121). Livan - 246

125 (114). Ekvatorial Qvineya - 238

126 (95). Azərbaycan - 233

126 (127). Lüksemburq - 233

128 (130). Burundi - 232

129 (134). Filippin - 229

130 (130). Qvineya-Bisau - 226

 

İlk “onluq”un tərkibində də dəyişikliklər olub. Belçika və Fransa buradakı mövqeyini yaxşılaşdırıbsa, Hollandiya, Uruqvay və İspaniya geriləyib. İsveçrə buranı tərk edib, Portuqaliya isə ora daxil olub. Almaniya, Argentina və Kolumbiya isə ilk 3 pillədəki mövqelərini qoruyub.


İlk “onluq”

1 (1). Almaniya – 1669
2 (2). Argentina – 1565
3 (3). Kolumbiya – 1420
4 (5). Belçika – 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya – 1307
7 (9). Fransa – 1191
8 (7). Uruqvay – 1184

9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib. Qrupumuzda yer alan Bolqarıstan 13, Malta isə 2 pillə geriləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupundakı komandalar

11 (13). İtaliya – 1064
14 (19). Xorvatiya – 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN – 233

157 (155). Malta – 129

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdir. “Ay-ulduzlular” 8 pillə geriləyib.

 

 

0