“Qarabağ”la oyun “Dnepr” üçün çox vacibdi” - FOTO
23.10.2014 - 12:38
“Qarabağ”la oyun “Dnepr” üçün çox vacibdi” - FOTO

“Fikrimcə, “Qarabağ”la oyun “Dnepr” üçün çox vacibdi. Avroliqada növbəti mərhələyə çıxmaq üçün önəmli qarşılaşma olacaq”. Apasport.az xəbər verir ki, bu sözləri Kiyev “Dinamo”sunun sabiq yarımmüdafiəçisi Aleksandr Prizetko deyib.

 

Avroliqanın qrup mərhələsində bu gün baş tutacaq “Dnepr” – “Qarabağ” matçı barədə danışan Prizetko Dnepropetrovsk təmsilçisinin Azərbaycan klubu ilə qarşılaşmada çətinlik çəkməyəcəyini bildirib: “Düzdü, Avroliqa yüksək səviyyəli turnirdi və burada güclü komandalar yarışır. Amma azərbaycanlılara qarşı oyunda Miron Markeviçin komandası problemlər yaşamayacaq. “Dnepr” futbolçularının ustalıq səviyyəsinin yüksək olması, Avropa təcrübəsi və doğma divarlar arasında oynaması onlar üçün üstünlükdü. Komandamızdan qələbə gözləyirəm”.

 

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Qarşılaşma Kiyevdəki Olimpiya milli idman kompleksinin stadionunda keçiriləcək. 

0