Daxili İşlər Nazirliyi “Qarabağ”ın oyununa 700 mühafizəçi ayırdı
23.10.2014 - 15:45
Daxili İşlər Nazirliyi “Qarabağ”ın oyununa 700 mühafizəçi ayırdı

Bu gün Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” – “Qarabağ” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq. Apasport.az saytının məlumatına görə, 700-ə yaxın hüquq mühafizəçisi matç ərzində təhlükəsizlik tədbirləri üçün ayrılacaq.

 

Bu haqda Ukrayna Daxili İşlər Nazirliyinin baş idarəsinin mətbuat xidmətindən məlumat yayılıb. Məlumatda azarkeşlər özlərini sivil formada aparmağa, bir-birlərinə qarşı tolerant davranmağa, ictimai qaydaları pozmamağa və milis işçilərinə öz funksiyalarını yerinə yetirmək üçün imkan yaratmağa çağırılıb.  

 

Qeyd edək ki, Kiyev Dövlət Avtomobil Müfəttişliyi də vətəndaşlardan oyunun keçiriləcəyi “Olimpiyski” kompleksinə yaxın küçələrdə maşınlarını saxlamamağa çağırıb.

0