“Spartak”ın sabiq futbolçusu: “Dnepr” sevimli komandam “Qarabağ”a qarşı oynayır
23.10.2014 - 17:53
 “Spartak”ın sabiq futbolçusu: “Dnepr” sevimli komandam “Qarabağ”a qarşı oynayır

“Dnepr” mənim sevimli komandam “Qarabağ”a qarşı oynayır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Spartak”ın sabiq yarımmüdafiəçisi, hazırda Rusiyanın “NTV-Plyus” telekanalında şərhçi işləyən Konstantin Qeniç deyib.

 

O,  bu gün Avroliqanın qrup mərhələsində baş tutacaq “Dnepr” – “Qarabağ” oyunu ilə bağlı fikirlərini bildirib: “Azərbaycan klubunun “İnter”ə qarşı oyununu görmüşəm. “Qarabağ”ın futbolçuları mübarizə apardılar. Amma italyanlar istəsəydi, 2-dən çox qol vura bilərdilər. Fikrimcə, “Dnepr” ev matçlarını Kiyevdə keçirməsinə baxmayaraq, problemlər yaşamamalıdır. “Dnepr” “Qarabağ”dan daha üstündür. Qələbə qazanmaq lazımdır, üstəlik, Ukrayna klubundakı situsiya yaxşı deyil. “İnter” evdə “Sent-Etyen”lə oynayır. “Dnepr”də hələ ki qələbə yoxdur”.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Qarşılaşma Kiyevdəki Olimpiya milli idman kompleksinin stadionunda keçiriləcək.

0