“Xəzər Lənkəran” məşq etdi, prezident izlədi
23.10.2014 - 23:02
“Xəzər Lənkəran” məşq etdi, prezident izlədi

Topaz Premyer Liqasında IX turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” paytaxtda növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda dünən saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.

 

Saatyarım ərzində davam edən hazırlıq prossesini klub prezidenti Mais Mənsimov yenə izləyib.

 

Belə ki, komandanın rəhbərini görən futbolçular əlavə ruh yükəskliyinda çalışıblar ki, bu da məşqçilər korpusunu tamamilə qane edib.

 

Qeyd edək ki, cənubluların məşq edən heyətində yalnız zədədən əziyyət çəkən qapıçı Cahangir Həsənzadə əskik olub.

 

 

12cioyuncu.info

0