AFFA Böyükağa Hacıyevi İsveçrəyə göndərdi - FOTO
24.10.2014 - 10:54
AFFA Böyükağa Hacıyevi İsveçrəyə göndərdi  - FOTO

İsveçrənin Nyon şəhərində UEFA tərəfindən "UEFA Coach Education: Student Exchange" proqramın çərçivəsində seminar keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan təmsilçiləri də iştirak edib.

 

Belə ki, UEFA-nın dəvəti ilə AFFA tərəfindən “Pro” kateqoriyalı lisenziya kurslarında iştirak edən məşqçilər də seminara qatılıblar. Nyona göndərilənlər arasında millinin məşqçisi Aslan Kərimov, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, həmçinin Bəhmən Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Adil Şükürov, Elşad Quliyev, Daril Villard, Murad Yoldaş və Azər Bağırov yer alıb.

 

Mənbə: affa.az

 

 

 

 

0