[b]Avrokuboklarda ilk dəftərimiz[/b]
24.10.2014 - 23:03
[b]Avrokuboklarda ilk dəftərimiz[/b]

Azərbaycan klublarının avrokuboklar tarixinə daha bir ilk əlavə olunub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Ukraynada “Dnepr”ə qalib gələn “Qarabağ” bu ilkin müəllifi olub.

 

Ağdamlılar yarışın əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Bunadək təmsilçilərimiz yalnız təsnifat mərhələlərində qalib gəlirdi.

 

Bu ilk “Qarabağ”ın 3-cü böyük uğurudu. Ağdamlılar avrokuboklarda mərhələ adlayan ilk klubumuz və eyni mövsümdə 3 mərhələ keçən ilk təmsilçimiz kimi də tarixə düşmüşdü.

 

Ümumilikdə isə uğurları ev və səfər prinsipi ilə bölməsək, Çempionlar Liqası, UEFA kuboku, Avropa Liqası, Kuboklar Kuboku və İntertoto kuboku üzrə ayırmasaq 12 müxtəlif ilk qeydə alınıb.

 

Təbii ki, yarışın təsnifat və əsas mərhələlərini iki hissəyə ayrı-ayrı qeydə almaq zəruridi. Həm də əhəmiyyət dərəcəsinə görə ikinci kateqoriyaya aid olanlar – ilk dubl, ilk het-trik, 2 qol vuran ilk komanda, 3,4 və ya 5 qol vuran ilk komanda, müxtəlif fərqlərlə qələbə əldə edənlər, hər iki oyunda rəqibini məğlub etməyi bacaranlar, iki matçlıq dueldə yenilməyən və bu kimi xırda göstəricilərdəki ilklər böyük önəm kəsb etmir.

 

“Turan”ın 1994-cü ildəki debütündən bəri baş tutan 12 ilkə cari mövsüm yeniləri də əlavə oluna bilər. Qrupda sonuncu olmayan, qrupdan çıxan və bu kimi ilklər klublarımızı gözləyir.

 

İlk oyun – “Turan”

9 avqust 1994. “Fənərbaxça” (Türkiyə) – “Turan” - 5:0 (UEFA kuboku)

 

İlk qol – “Kəpəz”

22 avqust 1995. “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” - 5:1 (UEFA kuboku, Yadigar Süleymanov)

 

İlk xal – “Neftçi”

24 avqust 1995. “Neftçi” - APOEL (Kipr) - 0:0 (Kuboklar kuboku)

 

İlk qələbə - “Neftçi”

17 iyul 1996. “Neftçi” – “Lokomotiv” (Sofiya, Bolqarıstan) - 2:1 (UEFA kuboku)

 

İlk mərhələ - “Qarabağ”

1999/2000. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2, 1:0 (İntertoto kuboku)

 

İlk dəfə 2 mərhələ - “Neftçi”

2007/08. İntertoto kuboku

 

İlk dəfə pley-offda – “Bakı”

2009/10. Çempionlar Liqasında II təsnifat mərhələsini keçən kimi iki yarışdan birində pley-offda oynayacağını təmin edib. “Levski”yə (Bolqarıstan) uduzandan sonra isə Avropa Liqasında pley-off oynayacağı dəqiqləşib. Bakılılar həmin mövsüm pley-offa çıxan “Qarabağ”ı gün hesabı ilə arxada qoyub.

 

İlk dəfə 3 mərhələ - “Qarabağ”

2010/11. Avropa Liqası

 

İlk dəfə qrupda – “Neftçi”

2012/13. Çempionlar Liqasında mərhələ keçdikdən sonra yuvarlandığı Avropa Liqasında pley-offu adlayıb.

 

Qrupda ilk xal – “Neftçi”

20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0 (Avropa Liqası)

 

Qrupda ilk qol – “Neftçi”

4 oktyabr 2012. “Neftçi” – “İnter” (İtaliya) - 1:3 (Avropa Liqası, Nikolas Kanales)

Qrupda ilk qələbə - “Qarabağ”

23 oktyabr 2014. “Dnepr” (Ukrayna) – “Qarabağ” – 0:1 (Avropa Liqası)

 

0