Yığmamızın futbolçusu zədələndi
25.10.2014 - 11:19
Yığmamızın futbolçusu zədələndi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov şərəfini qoruduğu Almaniyanın “Karlsrue” klubunun məşqlərindən kənar düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi II Bundesliqa təmsilçisinin hazırlıqlara qatılmır.

 

Bu üzdən də onun “Sankt-Pauli” ilə qarşılaşmada forma geyməsi sual altına düşüb. Nazarov məşq zamanı topuğundan aldığı zədədən əziyyət çəkir. Lakin klub rəsmiləri onun tezliklə sıraya dönəcəyinə ümidlidir.

 

0