[b]"Bakı"nın baş məşqçisi qələbədən danışdı[/b]
25.10.2014 - 18:32
[b]"Bakı"nın baş məşqçisi qələbədən danışdı[/b]

“Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Türkiyəli çalışdırcı bu gün Topaz Premyer Liqasının IX turunda səfərdə AZAL-ı minimal hesabla (0:1) qalib gəlmələrindən danışıb: “Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.(pfl)

0