[b]"Qalatasaray"ın yeni prezidenti müəyyənləşdi - FOTO[/b]
26.10.2014 - 00:10
[b]"Qalatasaray"ın yeni prezidenti müəyyənləşdi - FOTO[/b]

"Qalatasaray"ın yeni prezidenti bəlli olub. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”un sabiq rəhbəri Ünal Aysalın istefasından sonra ötən gün keçirilən seçkilərdə Duyqun Yarsuvat İstanbul nəhənginin sayca 35-ci prezidenti seçilib.

 

İxtisasca hüquqşünas olan 77 yaşlı yeni prezident 3343 səs toplayıb və rəqibi Alp Yalmanı 211 səslə qabaqlayıb. O, 2016-cı ilə qədər "Qalatasaray"ın prezidenti olacaq.

Qeyd edək ki, artıq Yarsuvat klubda kimlərlə birgə işləyəcəyi şəxsləri də müəyyənləşdirib.

0