UEFA milli komandaların əmsallarını açıqladı
29.10.2014 - 14:30
UEFA milli komandaların əmsallarını açıqladı

UEFA 19 yaşadək futbolçulardan ibarət millilərin əmsallar cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 54 komandanın yer aldığı siyahı 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında səbətlərin müəyyənləşməsinə xidmət edir.

 

2011/12, 2012/13 və 2013/14 mövsümlərinin yekununa əsasən tərtib olunan cədvəldə Azərbaycan millisi də yer alıb. Son iki yarışdakı uğursuzluq üzündən komandamız 54 milli arasında 45-cidir. Yığmamızın hesabında 1,666 xal var. 2011/12 mövsümündə 1 xal toplayan millimiz növbəti turnirlərin hər birində bunun 1/3-ni əldə edib. Siyahıya isə 13,67 xalı olan İspaniya başçılıq edir.

 

Elə buna görə də pireneylilər Avro-2016-nin seçmə mərhələsindən azaddı. Final mərhələsini qəbul edəcək Almaniya isə seçmə və elit mərhələlərdə oynamayacaq. Digər 52 komanda isə 2 səbətə bölünüb. 29-54-cü olan ölkələr B səbətində qərarlaşıb. İspaniya və Almaniyadan başqa ilk 28 komanda arasında olanlar isə A səbətindədi.

 

 

A səbəti

Portuqaliya, Serbiya, Fransa, İngiltərə, Türkiyə, Almaniya, Avstriya, Ukrayna, Danimarka, Hollandiya, Xorvatiya, Yunanıstan, Çexiya, Belçika, İrlandiya, İsveçrə, Norveç, İsrail, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan, İsveç, Rusiya*, Şotlandiya, Kipr

B səbəti

Monteneqro, Bosniya və Herseqovina, Sloveniya, Slovakiya, Makedoniya, Polşa, İslandiya, Ermənistan, Estoniya, Albaniya, Uels, Şimali İrlandiya, Latviya, Finlandiya, Belarus, Litva, AZƏTBAYCAN, Malta, Lüksemburq, Farer adaları, Qazaxıstan, Moldova, San Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq

 

Dekabrın 3-də İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada bu komandalar 13 qrupa bölünəcək. Bu zaman Azərbaycan Ermənistan, Rusiya isə Ukrayna ilə eyni qrupa düşməyəcək. Tədbir Bakı vaxtı ilə saat 12:50-də başlayacaq.

0