Azərbaycan yığmasının gözü Antverpendə - PÜŞKATMA
31.10.2014 - 10:08
Azərbaycan yığmasının gözü Antverpendə - PÜŞKATMA

Noyabrın 12-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatması olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 1 addımlığında olduğu yarışda 16 komanda rəqibini tanıyacaq.

 

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da Belçikanın Antverpen Şəhər Zalında təşkil olunacaq.

 

Belçika və Hollandiyada baş tutacaq AVRO-2015-ə qatılacaq yığmalardan artıq 13-ü bəllidi. Yarışda ev sahibləri ilə yanaşı, Rusiya (son çempion), Almaniya, Serbiya, Xorvatiya, İtaliya (AVRO-2013-də nəticələrinə əsasən), Türkiyə, Polşa, Çexiya, Bolqarıstan, Macarıstan və Rumıniyanın (seçmə mərhələdə qrup qalibləri) iştirakı dəqiqdi.

 

Digər 3 vəsiqədən taleyinə isə pley-offda aydınlıq gələcək. Bunlardan birinə Azərbaycan yığması sahib ola bilər. Komandamız gəlin ilin mayında Slovakiya ilə qarşılaşmada məsələyə tam aydınlıq gətirəcək. Digər pley-off cütlərində Belarus Ukrayna ilə, Sloveniya Fransa ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, AVRO-2015 sentyabrın 26-da start götürüb, oktyabrın 4-də başa çatacaq. Oyunlar Hollandiyanın Rotterdam, Apeldorn, Eyndhoven, Belçikanın “Antverpen” şəhərlərində baş tutacaq.

0