Dünya çempionumuzun rəqibi dəyişdi - FOTO
31.10.2014 - 11:19
Dünya çempionumuzun rəqibi dəyişdi - FOTO

AİBA Pro Boxing turnirində mübarizə aparan boksçumuz Cavid Çələbiyevin (56 kq) son anda rəqibi dəyişib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, millimizin üzvü noyabrın 1-də Argentinada Satoşi Şimizu ilə üz-üzə gəlməli idi. Ancaq yaponiyalı boksçu yarışa çıxmaqdan imtina edib.

 

Nəticədə dünya çempionumuz daha güclü rəqiblə - braziliyalı Robenilson Vieyra de Jesusla qarşılaşmalı olacaq. 27 yaşlı boksçu 2008-ci ildə Pekin və 2012-ci ildə London Olimpiadalarında çıxış edib. Pekində 51 kq çəki dərəcəsində mübarizə aparan Robenilson ilk görüşdə qalib gəlsə də, ikinci qarşılaşmada tacikistanlı Ənvər Yunusova uduzub.

 

2011-ci ildə Pan-Amerika oyunlarında bürünc medal qazanan Braziliya boksçusu 1 il sonra London Olimpiadasına da lisenziya qazanıb. Robenilson Londonda özbəkistanlı Orzubek Şaimov və rusiyalı Sergey Vodopyanovu məğlub edib. O, yalnız 1/4 finalda kubalı Lazaro Alvaresə uduzub.

 

0