“Qarabağ” zirvədə, “Neftçi” və "Xəzər Lənkəran" uduzdu
20.11.2014 - 19:51
“Qarabağ” zirvədə, “Neftçi” və "Xəzər Lənkəran" uduzdu

Bu gün Topaz Premyer Liqasında XII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bütün görüşlər eyni gündə baş tutub.

 

“Araz-Naxçıvan”ın dağılmasından sonra 9 komandanın mübarizə apardığı ilk tur “Bakı” - “Qarabağ” matçı ilə başlayıb. I dövrədə gözlənilmədən xal itirən Ağdam klubu “zolqalılar”a qalib gəlib, əldən verdiyi liderliyi geri qaytarıb. Bol qollu keçən matçda “Qarabağ” 4:2 hesabı ilə rəqibini məğlub edib.

 

AZAL paytaxtda “Qəbələ”ni sınağa çəkib. Bu görüşdə də azarkeşlər 6 qola şahidlik edib. Hərəyə 3 top vuran komandalar meydanda sülh bağlayıb – 3:3.

 

Naxçıvan klubunun dağılması sayəsində zirvəyə yüksələn “Neftçi” mövqeyini qorumaq üçün “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Arif Əsədovun yetirmələri Zaqatala səfərindən məğlub ayrılıb. “Simurq”a minimal (1:0) hesabla uduzan paytaxt təmsilçisi iderliyi “Qarabağ”a təhvil verib.

 

Tura mərkəzi oyunla yekun vurulub. “İnter” Bakıda “Xəzər Lənkəran”ı qonaq edib. Fasiləyə 2 top fərqi ilə üstün yollanan “bankirlər” ikinci hissədə də qol vurmağı bacarıb. Lakin cənublular bu toplardan birinin əvəzini çıxıb. Matç 3:1 hesabı ilə “İnter”in xeyrinə başa çatıb.

 

Qeyd edək ki, XII turda “Araz-Naxçıvan”la qarşılaşmalı olan “Sumqayıt” istirahət edir.

 

 

Topaz Premyer Liqası

XII tur

20 noyabr (cümə axşamı)
 

“İnter” – “Xəzər Lənkəran” - 3:1

Qollar: Franko Nildo, 9; Mikel Alvaro, 19; 74 - Fernando Qabriel, 90+3

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov 
Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Vüsal Əliyev 
“İnter Arena”
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro. 10. Elvin Məmmədov, 12. Franko Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 15. Yohan Bokonyano, 30. Abbas Hüseynov, 80. Nizami Hacıyev 
Baş məşqçi: Kaxaber Sxadadze
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski
Baş məşqçi: Oğuz Çətin

 

“Simurq” – “Neftçi” - 1:0
Qol: Draqan Çeran, 18 (penaltidən)

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev 
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov , 25. Oruc Balaşlı, 33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze

“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 15. Erik Ramos, 14. Elnur Allahverdiyev, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov,95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov

 

AZAL – “Qəbələ” - 3:3
Qollar: Eduardo , 32, İqbekoyi, 48; Mombonqo, 80 - Laşa Kasradze, 22 (avtoqol); Markus Kunya, 72; Cavid Hüseynov, 87

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov 
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev 
“AZAL Arena”

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 30. Seymur Əsədov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 18. Orxan Lalayev
Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 1. Kamran Ağayev (k), 5. Sadiq Quliyev, 8. Vidal Kunya Markus, 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrei Kristea, 13. Murad Musayev, 39. Salman İbrahimov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 27. Bəxtiyar Soltanov
Baş məşqçi: Dorinel Muntyanu

 

“Bakı” – “Qarabağ” - 2:4
Qollar: Nuran Qurbanov, 10, Risto Ristoviç, 30 - Emeqara, 6; 15; Reynaldo, 69; Leroy Corc, 78

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov, 85. Jaba, 10. Nurlan Novruzov, 22. Risto Ristoviç
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 20. Valeh Seyidov, 11. Tural Qürbətov, 2. Nicat Əsgərov, 17. Elmin Əsgərli, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə 
Baş məşqçi: İbrahim Uzunca

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov

 

 

1.

Qarabağ

10

6

3

1

18:10

21

2.

Neftci

10

6

2

2

13:6

20

3.

İnter

11

4

6

1

20:4

18

4.

Simurq

11

4

2

5

13:12

14

5.

Xəzər Lənkəran

11

4

2

5

14:14

14

6.

Qəbələ

10

3

4

3

13:15

13

7.

Sumqayıt

10

3

1

6

11:16

10

8.

AZAL

10

2

4

4

10:18

10

9.

Bakı

11

2

2

7

9:26

8

 

Bombardirlər: Mikel Alvaro (“İnter”) -  7, Nurlan Novruzov ("Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol. 

 

0