[b]“Land of fire Azerbaijan”lı futbolçu huşunu itirdi - FOTO[/b]
23.11.2014 - 02:30
[b]“Land of fire Azerbaijan”lı futbolçu huşunu itirdi - FOTO[/b]

"Atletiko”nun yarımmüdafiəçisi Arda Turan huşunu itirib. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının XII turunda "Malaqa" (3:1) ilə keçirilən oyunun 19-cu dəqiqəsində türkiyəli futbolçu topa başla müdaxilə etmək istəyən zaman rəqib komandanın futbolçusu Antunesin zərbəsindən sonra yerdə qalıb.

 

Təhlükəli zərbə Ardanın burnundan qan açılmasına səbəb olub. Həkimlərin ilkin tibbi yardımından sonra Turan özünə gəlib. 

0