[b]Xorvatiyalı futbolçu: Prosineçki milliniz üçün düzgün seçimdi[/b]
24.11.2014 - 13:53
[b]Xorvatiyalı futbolçu: Prosineçki milliniz üçün düzgün seçimdi[/b]

“Robert Prosineçki Xorvatiya futbolunda tanınmış məşqçilərdəndi. Fikrimcə, yığmanız üçün düzgün seçim olar”. Bu sözləri apasport.az saytına açıqlamasında Xorvatiya millisinin və Ukraynanın “Dnepr” klubunun müdafiəçisi İvan Striniç deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan xorvatların futbolçusu həmyerlisi Robert Prosineçki haqqında danışıb. O bildirib ki, 45 yaşlı mütəxəssisə istədiyi şərait yaradılarsa, Azərbaycan millisi uğur qazana bilər: “Onu şəxsən tanıyıram. Həm yaxşı insan, həm də yaxşı məşqçidi. Əgər həqiqətən də millinizin baş məşqçisi olacaqsa, bütövlükdə ölkənizin futboluna xeyri dəyəcək. Düşünürəm ki, bu, düzgün seçim olar. Biz Azərbaycan yığması ilə eyni qrupda yer almışıq. Prosineçkinin komandası ilə də qrup oyunlarında üz-üzə gəlmək maraqlı olacaq. Fikrimcə, bu mütəxəssis sizin komanda ilə bu seçmə mərhələdə də olmasa, qarşıdakı illərdə uğur qazanacaq. Ona vaxt vermək və gözləmək lazımdı”.

 

 

0