Bakı”nın baş məşqçisi qazanılan 1 xaldan danışdı
24.11.2014 - 20:58
Bakı”nın baş məşqçisi qazanılan 1 xaldan danışdı

“Gərgin oyun oldu. Qolu erkən vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi İbrahim Uzuncaya məxsusdu.

 

Türkiyəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la görüşdə 1:1 hesablı bərabərə qalmalarından danışıb: “Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi oyundan və qazanılan 1 xaldan razıyam”.(pfl) 

0