[b]Cihan Özkara “Sivasspor”a lazım olmadı[/b]
24.11.2014 - 23:00
[b]Cihan Özkara “Sivasspor”a lazım olmadı[/b]

Bu gün Türkiyə Superliqasında X turun oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son matç günü millimizin üzvü Cihan Özkaranın formasını geyindiyin “Sivasspor” da meydana çıxıb.

 

Təmsilçimizin komandası səfərdə “Balıkəsirspor”la üz-üzə gəlib. Görüşdə Sivas klubu qələbə qazanıb. Oyun 1:3 hesabı ilə Roberto Karlosun yetirmələrinin xeyrinə başa çatıb.

 

Bu qarşılaşmada Özkara meydana çıxmayıb. Cihan “18-liy”ə daxil edilsə də, braziliyalı mütəxəssis ona şans verməyib.

 

Qeyd edək ki, “Sivasspor” 10 oyundan sonra 9 xalla 16-cı pillədə yer alır. 

0