[b]“Sent-Etyen”in futbolçusu: “Qarabağ”a qarşı müdafiədən oynamayacağıq[/b]
26.11.2014 - 14:00
[b]“Sent-Etyen”in futbolçusu: “Qarabağ”a qarşı müdafiədən oynamayacağıq[/b]

“Bizim üçün çətin həftədi. Avroliqada “Qarabağ”la, Fransa çempionatında “Lion”la oynayacağıq. İki vacib qarşılaşmadan uğurlu nəticə əldə edə bilsək, bu əla olacaq”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Romen Amuma deyib.

 

Sabah “Qarabağ”la qarşılaşacaq Fransa təmsilçisinin futbolçusu matç haqqında fikirlərini açıqlayıb. Amuma bildirib ki, Azərbaycan klubuna qarşı müdafiədən oynamayacaqlar: “Biz müdafiədən oynamaq fikrində deyilik. Düzdü, “Qarabağ” ağıllı futbol nümayiş etdirən və yaxşı hücum qura bilən komandadı. Ümumiyyətlə Avroliqada oynayacağımız bu matç bizim üçün çox vacibdi. Hücum xəttimizdəki problemləri həll etmək lazımdı. Çünki qol vurmaqda çətinlik çəkirik. Üstəlik, 3 forvardımız zədəlidi. Bununla belə qələbə üçün meydana çıxacağıq”.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı sabah saat 00:05-də başlayacaq.

0