Millidə 25 futbolçu
26.11.2014 - 17:14
Millidə 25 futbolçu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, millimiz noyabrın 29-dan dekabrın 1-ə qədər Bakıda hazırlıq keçəcək.

Toplanışa 25 futbolçu dəvət edilib: Vüsal Mustafayev (“Turan”), Nurlan Fərəcli (“Xəzər Lənkəran”), Hüseyn Hüseynzadə, Elton Əlibəyli, İsmayıl Bünyadov, Seymur Əliyev, Fərid Mahmudov (hamısı “Neftçi”), Rəşid Əliyev, Nicat Mehbalıyev, Şakir Seyidov, Fərid Nadirov (hamısı “Bakı”), Kamran Quliyev, Məhəmməd Abbaslı, İzzət Müştaqov    , Elçin Hafizli (hamısı “Qəbələ”), Akif Hümbətzadə, Nicat Quluzadə , Nicat Məmmədov, Kamran Əşrəfov (hamısı “Qarabağ”), Orxan Məstanov, Tahir Zeynalov, Turan Vəlizadə (hamısı “Əlincə”), Bayram Paşazadə, Emin Xancanov, Qulu Axundov (hamısı “İnter”).

Mənbə: affa.az

0