Daha üç 1/8 finalçı müəyyənləşdi
27.11.2014 - 09:06
Daha üç 1/8 finalçı müəyyənləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 3 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun 2-ci oyun günündən sonra Almaniyanın “Bayer”, İspaniyanın “Atletiko”, İngiltərənin “Arsenal” klubları da mərhələ adlayıb.

 

Leverkuzen təmsilçisi “Monako”ya 0:1 hesabı ilə uduzsa da, “Benfika”nın məğlubiyyəti Bundesliqa təmsilçisini 1/8 finala daşıyıb. Belə ki, “Bayer” C qrupunda ilk iki yerdən birini təmin edib. Çünki onu keçmək imkanına malik iki komanda son turda bir-birilə qarşılaşacaq və onlardan yalnız biri almanları arxada qoya biləcək.

 

“Atletiko” ilə “Arsenal” isə növbəti qələbəsini qazanıb. Bu da hər iki komandanı 1/8 finala daşıyıb.

 

Qeyd edək ki, buna qədər 8 komanda - “Bavariya” (Almaniya), “Porto” (Portuqaliya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Şaxtyor” (Ukrayna) və “Borussiya” (Dortmund, Almaniya) 1/8 finala yüksəlmişdi.  

0