“Könits” Bakı klubuna rəqib oldu
28.11.2014 - 12:41
“Könits” Bakı klubuna rəqib oldu

Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 finalda “Azərreyl”in rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsində Avstriyanın “İnsburk” klubunu mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu dəfə İsveçrə “Könits”i ilə gücünü yoxlayacaq.

 

CEV kubokunun 1/16 final mərhələsinin ilk görüşündə “Alba”ya (Rumıniya) 3:2 hesabı ilə qalib gələn isveçrəlilər cavab görüşündə 0:3 hesabı ilə uduzduqlarından “Çelenc Cup”a eniblər.

 

İlk görüşünə dekabrın 9-11-də Bakıda çıxacaq “Azərreyl” bir həftə sonra səfərdə oynayacaq.

 

Qeyd edək ki, “Azərreyl” hər 2 matçını 3:0 hesablı qələbə ilə bitirərək, mərhələ adlamışdı.

0