Fransada 6 addım
28.11.2014 - 18:00
Fransada 6 addım

UEFA-nın kublar üçün reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” siyahıdakı mövqeyini yaxşılaşdırıb.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin V turunun “Sent-Etyen”lə Fransadakı oyununda heç-heçə etməklə, son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalını 10,450-yə çatdırıb.

“Qarabağ” 454 komanda arasında 158-cidi. Çempionumuz oyundan öncə qərarlaşdığı 164-cü pilləni 6 addım yaxşılaşdırıb. Siyahıdakı digər Azərbaycan klublarından isə ən yaxşı nəticə “Neftçi”yə məxsusdu. Bakılılar 8,950 xalla 181-cidi.

Qeyd edək ki, 454 komanda arasına düşən digər klublarımızdan “İnter” 270, “Xəzər Lənkəran” 297, “Bakı” 333, “Qəbələ” və AZAL 359-cu yerə şərikdi.

0