[b]"Bakı" darmadağından qaçdı [/b]- YENİLƏNİB
17.12.2014 - 15:48
[b]"Bakı" darmadağından qaçdı [/b]- YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XVII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edən tur “Bakı” və AZAL arasında paytaxt derbisi ilə başlayıb.

 

Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların görüşü məhsuldar alınıb. Hər hissədə 2 qolun vurulduğu qarşılaşmada AZAL qalib gəlib.

 

“Təyyarəçilər” 3 xalı 3 qolla qazanıb – 3:1. Paytaxtın eyniadlı təmsilçisi yeganə qolunu matçın sonlarında vurub. Məhz bu qol “Bakı”nı növbəti darmadağından qaçmasına kömək edib. Bu qələbəylə “Sumqayıt” keçməyə müvəffəq olan Tərlan Əhmədovun yetirmələri isə son pillədən bir az da uzaqlaşıb.

 

Qeyd edək ki, sabah “Sumqayıt” “Qəbələ” ilə, “Xəzər Lənkəran” “Qarabağ”la və “İnter” “Neftçi” ilə üz-üzə gələcək.

 

 

Topaz Premyer Liqası

XVII tur

17 dekabr (çərşənbə)

“Bakı” – AZAL - 1:3
Qollar: Nurlan Novruzov, 89 - Tomi Kostadinov, 42, 45, Oskars Klyava, 62
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
I dövrədəki oyun – 1:0
 


“Bakı”: 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 85. Jaba (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov

Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov, 4. Ülvi Süleymanov, 37. Mikayıl Rəhimov, 15. Azad Kərimov, 18. Əziz Quliyev

Baş məşqçi: İbrahim Uzunca

AZAL: 85. Kamal Bayramov, 15. Oskars Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 30. Seymur Əsədov, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov

Baş məşqçi: Tərlan Əhmədov

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

14

8

4

2

24-15

28

2

Neftçi

14

7

5

2

18-10

26

3

İnter

14

6

7

1

23-5

25

4

Xəzər L

14

5

4

5

19-16

19

5

Simurq

15

5

3

7

20-20

18

6

Qəbələ

14

4

5

5

17-22

17

7

AZAL

14

4

4

6

17-24

16

8

Sumqayıt

14

4

2

8

18-24

14

9

Bakı

15

2

4

9

11-31

10

Bombardir: Mikel Alvaro (“İnter”) - 8

 

0