Norveç klubu Bakıya gələcək - FOTO
18.12.2014 - 10:01
Norveç klubu Bakıya gələcək - FOTO

“Azərreyl”in “Çelenc Cup”ın 1/8 final mərhələsində qarşılaşacağı rəqib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/16 finalda İsveçrənin “Könits” klubunu mübarizədən kənarlaşdıran Bakı təmsilçisi bu dəfə Norveçin “Stod Volley” üz-üzə gələcək.

 

Rəqibimiz CEV kubokunda uduzaraq, “Çelenc Cup”da mübarizə aparmaq hüququ qazanan Sloveniyanın “Kalsit” klubundan güclü olub. Evdə 3:0 hesablı qələbəyə sevinən “Stod Volley” səfərdə də uduzmayıb - 3:1 (25:20; 18:25; 25:20; 25:21).

 

İlk oyunu yanvarın 13-15-də Norveçdə keçirəcək “Azərreyl” bir həftə sonra rəqibini Bakıda qəbul edəcək.

0