Roman Cəfərov: Əvəzetmələr nəticədə özünü göstərdi
18.12.2014 - 20:05
Roman Cəfərov: Əvəzetmələr nəticədə özünü göstərdi

“İnter” oyun ərzində topa daha çox nəzarət etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in məşqçisi Roman Cəfərov deyib.

 

O, Topaz Premyer Liqasının XVII turu çərçivəsində evdə “Neftçi” üzərində qazanılan qələbəyə (2:1) şərh verib: “Oyun çox maraqlı keçdi. İlk hissədə bir səhvimiz oldu və bu da qolla nəticələndi. Baş məşqçi matçın gedişində iki düzgün əvəzetmə etdi. Bu əvəzetmələr nəticədə özünü göstərdi. Futbolçuların çıxışından razıyam, onlara təşəkkür edirəm”.(pfl)

0