Belçikalı futbolçu etiraf etdi: İbrahimoviçin kitabını oxudum
19.12.2014 - 01:45
Belçikalı futbolçu etiraf etdi: İbrahimoviçin kitabını oxudum

“Everton”un hücumçusu Romelu Lukaku vaxtilə “Mançester Yunayted”in baş məşqçisi olmuş Aleks Ferqyusson və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin avtobioqrafik kitablarını oxuduğunu etiraf edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı belçikalı futbolçu “Twitter” hesabında belə yazıb: “İbrahimoviç və Ferqyussonun avtobioqrafik kitablarını oxudum. Özümə qalib ruhunu aşılamaq istəyirəm”.

 

Xatırladaq ki, “Aleks Ferqsyuson. Mənim avtobioqrafiyam” kitabı bu ilin oktyabrında, “Mən Zlatan İbrahimoviçəm” isə 2011-ci ilin noyabrında nəşr olunub.

0