[b]Yığmamızın oyunçusu "Atom"a lazım olmadı[/b]
19.12.2014 - 09:37
[b]Yığmamızın oyunçusu "Atom"a lazım olmadı[/b]

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin cavab görüşləri çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu Polşa “Atom”u Belçikanın “Gea Happel Amiqos” klubunun qonağı olub.

 

Sopot təmsilçisi evdə olduğu kimi səfərdə də 3:0 (25:16; 25:12; 25:18) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. İlk görüşdə 4 xal toplayan Ağayevanın adı bu dəfə matçın protokoluna belə salınmayıb.

 

“Atom” 1/4 finalda İtaliyanın “Konegliano” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşma yanvarın 13-15-də səfərdə, cavab görüşü 1 həftə sonra Polşada olacaq.  

0