Antonio Konte Bakıya gəlməyəcək?
19.12.2014 - 09:50
Antonio Konte Bakıya gəlməyəcək?

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Antonio Kontenin sərfəli təklif almasıdı.

 

Belə ki, italiyalı mütəxəssis Fransanın PSJ klubunun hədəfindədi. Parislilər 2015-ci ilin yayında müqaviləsi başa çatan Loran Blanın yerinə məhz Konteni gətirmək istəyir.

 

Çalışdırıcıya 4 illik müqavilə təklif edən PSJ ona illik 7 milyon avro maaş verməyə hazırdı. Bu isə Kontenin yığmadakı qazancından təxminən iki dəfə çoxdU.

 

İtaliyalı bu təklifi qəbul etsə, millimizlə 2015-ci ilin oktyabrın 10-da Bakıda keçiriləcək görüşdə yığmanın “sükanı arxasında” olmayacaq.

0