[b]Daha 3 futbolçu “Çernomorets”i “Qəbələ”yə dəyişə bilər[/b]
20.12.2014 - 13:53
[b]Daha 3 futbolçu “Çernomorets”i “Qəbələ”yə dəyişə bilər[/b]

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun “elçi” düşdüyü bəzi futbolçuların adları məlum olub. Apasport.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis sabiq komandası “Çernomorets”də daha 3 oyunçunun xidmətində maraqlıdı.

 

Belə ki, Qriqorçuk əsas qapıçı Dmitri Bezotosnı ilə yanaşı, yarımmüdafiəçilər Kirill Kovalçukla İvan Bobko və müdafiəçi Yevgeni Zubeykonu da komandasında görmək arzusundadı. Bu “dördlüyü”n transferinin qış fasiləsində reallaşacağı istisna edilmir.

 

Qeyd edək ki, Qriqorçuk “Qəbələ” ilə müqavilə bağladıqdan sonra oradakı köməkçiləri Mixail Savka və Stepan Matviyivi də yeni klubuna gətirib.

0